Qadının evini ələ keçirən keçmiş polis əməkdaşının məhkəməsi başladı

Qadının evini ələ keçirən keçmiş polis əməkdaşının məhkəməsi başladı

Baxış sayı: 4. 308 dəfə baxılıb.

Qadının evini ələ keçirən keçmiş polis əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, o, polis əməkdaşı vəzifəsində çalışıb. V. Orucov Qaradağ rayon ərazisində sahə müvəkkili işləyib. 

Sonra dövlət ittihamçısı cinayət materialları ilə tanış olmadığını deyib, məhkəmədən vaxt istəyib. 

Məhkəmənin hazırlıq iclası dekabrın 25-dək təxirə salınıb. 

Qeyd edək ki, V. Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. İttiham aktına əsasən, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib. 

N. Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V. Orucova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com