Hindistan seksual zorakılıq və qul əməyi baxımından qadınlar üçün ən təhlükəli ölkə hesab edilir.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hindistanda qadınların üzünə turşu atmaq, onların cinsiyyət orqanlarında əməliyyat aparmaqla şikəst etmək, uşaq nikahları və fiziki zorakılıq mövcuddur.
Siyahıda Hindistandan sonra Əfqanıstan, Suriya, Somali, Səudiyyə Ərəbistanı, Pakistan, Konqo, Yəmən, Nigeriya və ABŞ-da yer alıb. ABŞ yeganə Qərb ölkəsidir ki, bu siyahıda yer alıb. Buna səbəb, 2017-ci ildə kino sənayesində zorakılıq hallarının yüksək olması ilə başlanan “MeToo” hərəkatı səbəb olub.