Qadınlardan ibarət Azərbaycan millisi Farer adalarını məğlub edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin
III turunun oyununda Farer adaları yığmasını məğlub edib.
Cixisyolu.com xəbər verir ki, Klaksvik şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin
2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal
ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir.
Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da
Monteneqroya qarşı keçirəcək.