3cdb293e-e70e-4978-8746-3913a42407f0..jpg

Qadınları əxlaqsızlığa cəlb etmədə təqsirləndirilən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Baxış sayı: 594 dəfə baxılıb.

Qadınları əxlaqsızlığa cəlb etmədə təqsirləndirilən şəxslə bağlı məhkəmə
qərarı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən V.V.-nin
(şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası
başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin
edilməyib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrum
edilib.

İttihama görə, V.V. 2021-ci il sentyabrın ortasından 2022-ci ilin mart ayının
sonunadək olan müddət ərzində paytaxt ərazisində yerləşən mənzillərin birində
iki qadınla “WhatsApp” vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri müxtəlif
ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə
olması üçün görüşdürüb. Daha sonra V.V. polis əməkdaşları tərəfindən saxlanılıb
və cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin
243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə)
maddəsi ilə ittiham irəli sürülüb.

Source link