Qadınları fahişəliyə cəlb edən şəxs nəzir qutusundan pul oğurladı

Qadınları fahişəliyə cəlb edən şəxs nəzir qutusundan pul oğurladı

Baxış sayı: 3. 558 dəfə baxılıb.

Qadınları fahişəliyə cəlb edən şəxs nəzir qutusundan pul oğurladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.  

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb. 

Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə  məhkum olunduğu müəyyən edilib. 

www.ÇıxışYolu.Com