e0c3c479-2f4f-4178-8520-f2efc0e77179.jpg

Qadınları şantaj edən haker hakim qarşısında

Baxış sayı: 256 dəfə baxılıb.

Sosial şəbəkələrdə “Roman” adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun
cinayət işinin məhkəmə baxış iclası keçirilib.

Cixisyolu.com-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi
Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona qarşı
irəli sürülən şantaj ittihamı üzrə özünü təqsirli bilməyərək zərərçəkən
xanımlara qarşı hər hansı bir hədə qorxu gəlmədiyini deyib.

Onlardan əldə etdiyi pulları isə xanımlara məxsus müxtəlif sifarişlərlə bağlı
aldığını deyib. Bununla da o, zərərçəkən xanımlara müxtəlif veb-xidmətlər
göstərdiyini iddia edib. 19 yaşlı təqsirləndirilən Yaşar Məmmədov ona qarşı
irəli sürülən 9 epizodun heç biri üzrə özünü təqsirli bilməyib.

Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki
fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada
paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü
onlara “Roman” adı ilə tanıdıb.

Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və
müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib.
Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu
ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və
rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Elgün Həsənli

Source link