908d2e44-ced4-447b-8228-0215b2c5af2c..jpg

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxsə HÖKM OXUNDU

Baxış sayı: 532 dəfə baxılıb.

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxsə HÖKM OXUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınları cinsi istismara məruz qoyaraq insan alverində təqsirləndirilən Aydan
Ağayevanın (şərti ad və soyad) məhkəmə istintaqı yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayət Məhkəməsinin hakimi Telman
Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Valeh Ələkbərov çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum
edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib və A.Ağayeva
son söz deyib.
Hökmə əsasən, A.Ağayeva 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü A.Ağayeva ötən ilin yanvarında Daxili
İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş idarəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat zamanı saxlanılıb. Belə ki, o, 2019-cu ildə iki qadını
işə düzəltmək adıyla apreldən oktyabr ayınadək Türkiyəyə apararaq müxtəlif
vaxtlarda cinsi istismar məruz qoyub. Onların zəifliyindən istifadə edərək bu
əməllərini davam etdirmək üçün onların ümumvətəndaş pasportlarını əllərindən
alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci
maddələri ilə (İnsan alveri) ittiham irəli sürülüb.

Source link