ad803a37-3169-4d4e-a909-17401062f8a1..jpg

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Argentina radiosunda Qarabağ həqiqətlərindən danışıb – VİDEO

Baxış sayı: 509 dəfə baxılıb.

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Argentina radiosunda Qarabağ
həqiqətlərindən danışıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri, ispandilli ölkələr üzrə
ekspert Mahir Qurbanov Argentinanın “Arriba Ciudad” (Arriba Siudad) radio
proqramında çıxış edib.

Cixisyolu.com xəbər verir ki, proqramda müxtəlif mövzulara toxunulub.

Radio proqramında Azərbaycanda aparılan mühüm iqtisadi inkişaf prosesi,
Prezidentİlham Əliyev tərəfindən görülən tədbirlər, xarici və daxili siyasətin
prioritetləri və Qarabağ həqiqətləri haqqında da söhbət aparılıb.

Mahir Qurbanov eyni zamanda Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin fəaliyyət
prinsipləri haqqında da söhbət açıb. Proqramda mərkəzin fəaliyyət istiqamətləri
və ispandilli ölkələrlə olan əməkdaşlıq, o cümlədən Qafqaz-İberoamerika Düşüncə
Mərkəzinin həyata keçirdiyi layihələr haqqında da məlumat verilib.

Qeyd edək ki, “Arriba Ciudad” Argentinanın aparıcı radio proqramlardan biridir.


Source link