ff1fed2d-b4ad-4959-b12d-10d3fa915af0.jpg

Qala gecəsinə sevgili ilə gedib arvaddan “qırmızı vərəqə” almaq: Droqbanın “Qızıl top” macərası

Baxış sayı: 52 dəfə baxılıb.

“Qızıl top” (“Ballon d’Or”) mükafat mərasimində iştirak edən keçmiş futbolçu
Didye Droqba ilə sevgilisi Qabriel Lemer arasında baş verənlər sosial mediada
gündəm olub. Belə ki, sevgilisi ilə qalaya qatılan Droqba şəkil çəkdirmək üçün
başqa bir qadının qoluna girib. Mediada ikinci qadının Droqbanın həyat yoldaşı
olduğu bildirilib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Qala gecəsinə sevgili ilə gedib arvaddan “qırmızı
vərəqə” almaq: Droqbanın “Qızıl top” macərası
Qala gecəsinə sevgili ilə gedib arvaddan “qırmızı vərəqə” almaq: Droqbanın
“Qızıl top” macərası

Cixisyolu.com-ın “Damga Gazetesi”nə istinadla verdiyi məlumata görə, KİV-də bu hadisə
“Sevgilisi ilə qala gecəsinə qatılan Droqba həyat yoldaşını görəndə onun yanına
getdi” kimi yayılsa da, həqiqət sonradan ortaya çıxıb.

Məlum olub ki, Droqbanın həyat yoldaşı kimi göstərilən qadın, əslində, “Ballon
D’or”un digər aparıcısı Sandi Heribert olub. O, Droqba ilə şəkil çəkdirmək üçün
qırmızı xalıda kameraların qarşısına keçmək istəyərkən paltarını düzəldəndə
şərfinin bir ucu futbolçunun sevgilisinin üzünə dəyib. Bu anlar isə mediada
yanlış anlaşılıb və belə bir xəbər ortaya çıxıb. Sosial şəbəkə istifadəçiləri
vəziyyəti Didyenin “həyat yoldaşı”nın Qabrielə birbaşa “qırmızı vərəqə”
göstərməsi kimi qiymətləndiriblər.

Source link