Aprel ayından etibarən “Qalaalti Hotel & Sanatorium” oteli öz qonaqları üçün əyləncəli turların təşkilinə başlayır və olduqca uğurlu keçən 1-ci turundan sonra, qonaqların istəyi ilə “Bakıdan Qaçış 2” kampaniya turunu yenidən elan edir.
Həm böyüklər, həm də uşaqlar üçün əyləncəli proqramdan ibarət olan turlar həftəsonu günlərində təşkil olunur və 2 gecə/3 gün davam edir. Otel qonaqların rahatlığı üçün “Gənclik” m.st. qarşısından ödənişsiz transfer təşkilini də həyata keçirir.
Tur haqqında məlumat:
Cümə Günü
17:30 – Avtobusla Bakıdan yola düşmə vaxtı
19:00 – Otelə gəliş və Superior komfortlu otaqlara yerləşmə
19:00-21:30 – Şam Yeməyi
21:00 – Canlı Musiqi Axşamı və DJ party
Şənbə Günü
07:30-10:30 – Səhər Yeməyi
10:30 – Otel ətrafı meşə sahəsinə gəzinti
12:30-14:30 – Nahar
16:00 – Futbol, volleybol və digər qrup oyunları
19:00-21:30 – Şam Yeməyi
20:00 – Karaoke Axşamı
21:00 – Canlı Musiqi Axşamı və DJ party
Bazar Günü
07:30-10:30 – Səhər Yeməyi
12:30-14:30 – Nahar
15:30 – Otaqlardan çıxış və Bakıya yola düşmə
17:00 – Bakıya Gəliş (Gənclik m.st.)
Bir nəfər üçün kampaniya paketi qiyməti, cəmi 189 AZN (iki nəfərlik otaqda bir nəfər üçün qiymət)
Tura qoşulan iki nəfər üçün eyni otaq bronu sifarişi qəbul edilir (bu halda paket qiyməti ikiyə vurulur)
İki nəfərlik otaqda bir nəfər üçün (ikinci qonaq olmadığı halda) paket qiyməti 289 AZN
– 6 yaşadək uşaq ödənişsiz
– 6-12 yaş uşaq üçün ödəniş – 60 AZN
– 12 yaşdan yuxarı (böyük şəxs) üçün ödəniş – 120 AZN
Qeyd edilən paket qiymətlərə daxildir:
İki gecə (üç gün) Oteldə Superior otaqlarda gecələmə
Full Board Qida Planı (gündə üç dəfə yemək)
Bakıdan otelə və oteldən Bakıya transfer
Spa, Hovuz, Sauna, Türk və Fin Hamamı, Jacuzzi
Qeyd edilən gəzinti və əyləncə proqramı
Bu kampaniya üzrə rezervasiya nömrəsi: 050 285 1990
“Qalaaltı Hotel & Sanatorium” – Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari üsluba və istirahət formatına malik olan beş ulduzlu kurort kompleksidir.
Otel dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Burada dağ havası dəniz havası ilə birləşərək insanların özünü rahat hiss edəcəyi aşağı rütubətli iqlimi yaradır.
Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və üç villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin ediblər.