“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

Baxış sayı: 2. 474 dəfə baxılıb.

“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

Futbol üzrə Türkiyə Super Liqasınnın 38-ci turunda “Qalatasaray” 2:1 hesabı ilə “Başakşehir” klubunu yenərək çempion oldu.

ÇıxışYolu.Com xəbər verir ki, “Qalatasaray” bu qələbəsi ilə tarixində 22-ci dəfə çempionluq zirvəsinə yüksəlib.

Türkiyədə bu ilin surpriz komandası “Başakşehir” uzun müddət birinci yerdə getsə də son 5 turda xal itkisinə məruz qalıb. Bundan istifadə edən “Sarı-qırmızılar” əvvəlcə liderə çatıb, son görüşdə isə üzbəüz qarşılaşmada rəqibi eniblər.