d07e4a70-c165-4677-921f-85c2b6e11830..jpg

“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klubları zəlzələ qurbanları üçün birləşdi – FOTO/VİDEO

Baxış sayı: 1. 042 dəfə baxılıb.

“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klubları zəlzələ qurbanları üçün
birləşdi – FOTO/VİDEO

Türkiyənin “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klubları “Əsrin fəlakəti”
olaraq xarakterizə edilən zəlzələnin ziyan vurduğu bölgəyə kömək etmək üçün
birləşib.

“Böyük üçlük” adlandırılan klublar bu çətin günlərdə ehtiyac duyulan birlik və
həmrəyliyin göstəricisi olaraq zəlzələ bölgəsinə loqolarının birlikdə yer
aldığı 3 yardım maşını göndərib.

Mövzu ilə bağlı üç klub birgə bəyanat verib.

“Fevralın 6-da Kahramanmaraşda baş verən və bütün ölkəmizi təsir altına alan
zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyir, millətimizə
başsağlığı veririk. Fəlakətin ilk günündən zərər çəkən vətəndaşlarımızın
yanında olmağa çalışdıq. Ehtiyac duyulan hər an üzərimizə düşəni etməyə,
onların yanında olmağa dava edəcəyik. Bu çətin günlərdə hamımızın birlik və
bərabərlik içində yaralarımızı sarmağa və bir-birimizi qucaqlamağa ehtiyacı
var. Bu gün bu birliyin göstəricisi olaraq klublarımızın loqolarının birlikdə
yer aldığı 3 yardım maşınını fəlakət bölgəsinə yola saldıq. Ümid edirik ki,
klublarımızın birlik və bərabərlik içində vətəndaşlarımızın yanında və
ölkəmizin əmrində olduğunu göstərən bu səfər zəlzələ bölgəsindəki
vətəndaşlarımıza şəfa gətirəcək, türk futbolu üçün birlik və bərabərlik
mərhələsi olacaq”, – deyə bəyanatda qeyd edilib.

Mənbə: Haber Global


Source link