e10ddede-2f68-4eaf-a332-507503fb5522..jpg

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

Baxış sayı: 1. 085 dəfə baxılıb.

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə
hədiyyələri tədqim edib – FOTO

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun
“Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə “Qalatasaray”ın
prezidenti Dursun Özbek Azərbaycan Prezidentiİlham Əliyevə klubun formasını
hədiyyə verib.

“Report” xəbər verir ki, Dursun Özbek dövlət başçısına komandanın
oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və
İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.

Matç “Qalatasaray” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Source link