Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk qış transfer
pəncərəsində Viktor Nelsson və Hakim Ziyeşin komandadan göndərilməsini tələb
edib.
Cixisyolu.com Sporx.com-a istinadən xəbər verir ki, Okan Buruk hər iki futbolçunun
əvəzinə yeni oyunçuların transfer olunmasını istəyib.
Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi Viktor Nelsson və Hakim Ziyeşdən əlavə
Yusuf Demiri də komandadan göndərmək niyyətindədir.