8fc39ddf-9751-45eb-ba0e-5d2239b1463b..jpg

“Qalatasaray” hücumçusunu Renat Dadaşovun klubuna icarəyə verdi

Baxış sayı: 551 dəfə baxılıb.

“Qalatasaray” hücumçusunu Renat Dadaşovun klubuna icarəyə verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin
“Hatayspor” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Məlumata görə, komanda “Qalatasaray”dan Halil Dərvişoğlunu icarəyə götürüb.

Türkiyə millisinin də formasını geyən 23 yaşlı hücumçu mövsümün sonuna qədər
Hatay klubunda top qovacaq.

Qeyd edək ki, müqavilə üzrə İsveçrə “Qrasshopper”inə məxsus olan Renat Dadaşov
da icarə əsasında “Hatayspor”da çıxış edir.

Mənbə: Haber Global

Source link