“Qalatasaray” İkardisiz qaldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qalatasaray” dünən keçirilən “Beşiktaş”la matçdan sonra stadionu qəfil tərk
edən Mauro İkardinin səhhəti ilə bağlı açıqlama verib.
“Spor Toto Super Liqasının 9-cu həftəsində “Beşiktaş”la matçda aldığı zərbədən
sonra ağrıları başlayan və oyundan sonra tibbi baxış zamanı zədəsi müəyyənləşən
futbolçumuz Mauro İkardinin sağ topuq nahiyəsindəki vətərlərində, torlu qişa
toxumasında qanaxma aşkar edilib. Oyunçumuzun müalicəsinə başlanılıb”, – deyə
klubdan bildirilib.
Hücumçunun yaşıl meydanlara nə zaman qayıdacağı açıqlanmayıb. Ehtimal ki, o,
komandasının Çempionlar Liqası çərçivəsində “Bavariya” ilə matçını buraxmalı
olacaq.
Mənbə: Haber Global