window._ttzi = 128;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Türkiyə Super Liqasında XIV turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
ÇıxışYolu.Com xəbər verir ki, görüşün taleyini 18-ci dəqiqədə penaltindən vurulan qol həll edib.
Yeganə qolun müəllifi meydan sahiblərinin oyunçusu Adem Lyayiç olub.
Oyunun 62-ci dəqiqəsində isə Rikardu Kuarejmanın “Qalatasaray”ın qapısına vurduğu qol sayılmayıb. Hakim qolun oyundankənar vəziyyətdən vurulduğunu hesab edib.
Bu qələbə sayəsində “Beşiktaş” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Qalatasaray” isə bir pillə aşağıda qərarlaşıb.