“Qalatasaray” Renat Dadaşovun klubunu məyus etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Super Liqasının 31-ci turunda lider “Qalatasaray” Azərbaycan
millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u qəbul edib.
Matçın taleyini bir qol həll edib. İkardinin 12-ci dəqiqədə vurduğu top
qarşılaşmadakı hesabı müəyyənləşdirib və “aslanlar”a çempionluq yarışında vacib
üç xalı qazandırıb – 1:0.
Hazırda “cim-bom” 84 xalla turnir cədvəlində ilk pillədədir. Bir oyun artıq
keçirən komandanı ən yaxın izləyicisi “Fənərbağça”dan 5 xal ayırır. Hataylılar
isə 33 xal toplayaraq 15-ci yerə qərarlaşıblar.