“Qalatasaray” futbolçusu Yunus Akgünlə müqaviləni uzatmaq və maaşını ikiqat
artırmaq istəyir.
Cixisyolu.com xəbər verir ki, İstanbul təmsilçisi yaxın zamanda futbolçu ilə
danışıqlara başlayacaq.
“Qalatasaray”ın təklifində oyunçunun maaşının illik 5 milyon avroya
artırılması da nəzərdə tutulub.
Qeyd edək ki, Yunus bu mövsüm 13 oyunda 5 qol vurub. 24 yaşlı vingerin
müqaviləsi 2026-cı ilin yayına kimidir.