Qalatasarayın futbolçusu “fərasəti” ilə hamını təəcübləndirdi

Baxış sayı: 4. 536 dəfə baxılıb.

Türkiyənin “Qalatasaray” futbol klubunun müdafiəçisi Sərdar Əziz  “Sivaspora” qarşı matç ərəfəsində özünü xəstəliyə vuraraq, məzuniyyətə yollanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Spor.Haberler.com” məlumat yayıb.

Nəşrin məlumatına görə, 28 yaşlı futbolçu qarın ağrısından şikayət edib və  “Qalatasarayın” 2018-ci ildəki sonuncu  rəsmi matçını buraxıb. 

Habelə oyundan 12 saat sonra Əzizin həyat yoldaşı “Instagram” səhifəsində ərinin Maldiv çimərliyində çəkilmiş şəklini paylaşıb.

Sərdar Əzizin bu hərəkətinə görə klub sıralarından kənarlaşdırılacağı güman edilir. Çünki baş məşqçi FatihTerim futbolçuya hiddətlənib və onunla müqaviləyə xitam vermək niyyətindədir.

Fatih Terim məzuniyyətdən sonra onu təlim-məşq toplanışına daxil etmək istəmədiyini açıqlayıb.

Qeyd edək ki, Əzizlə bağlanmış müqavilə 2020-ci ildə başa çatır.

www.ÇıxışYolu.Com