e97af67a-2330-4c5c-97e2-647522d552c0..jpg

“Qalatasaray”ın futbolçusu italiya klubuna keçə bilər

Baxış sayı: 3. 075 dəfə baxılıb.

“Qalatasaray”ın futbolçusu italiya klubuna keçə bilər

“Qalatasaray”ın futbolçusu Viktor Nelsson yayda komandasını dəyişə bilər.

“Todofichajes”in xəbərinə görə, danimarkalı mərkəz müdafiəçisinin İtaliyada
oynamaq variantı var. A Seriyası təmsilçilərindən “Atalanta” onun xidmətində
maraqlıdır. Berqamolular mövsümün sonunda keçidi reallaşdırmağa çalışacaqlar.

2021-ci ildən “Qalatasaray”da çıxış edən Nelssonun İstanbul klubu ilə
müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Bir müddət əvvəl “Sevilya”
onu heyətinə cəlb etmək istəsə də, keçid baş tutmayıb. “Transfermarkt” portalı
bu mövsüm “sarı-qırmızılar”ın heyətində 24 oyunda 1 məhsuldar ötürmə edən 24
yaşlı oyunçunu 14 milyon avro kimi qiymətləndirir.

Source link