75b4649d-91f4-4888-91a7-facf1bc7829a..jpg

“Qalatasaray”ın prezidenti Azərbaycana təşəkkür etdi – FOTO

Baxış sayı: 1. 045 dəfə baxılıb.

“Qalatasaray”ın prezidenti Azərbaycana təşəkkür etdi – FOTO

Türkiyə “Qalatasaray”ının prezidenti Dursun Özbek “Qarabağ”la Bakıda
keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib.

Bununla bağlı funksionerin adından klubun rəsmi “Twitter” hesabında təşəkkür
məktubu paylaşılıb.

“Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə
edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq
oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil
olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyev və Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə
qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə
təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və
göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram”, –
məktubda qeyd olunub.

Xatırladaq ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

TƏŞƏKKÜR MƏKTUBU

Qardaş ölkə Azərbaycanın seçkin komandası Qarabağ FK ilə həyata keçirdiyimiz
ve əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan
dostluq oyunu, klubumuzu ve icmamızı sevindirmişdir.pic.twitter.com/t8mgRP7v6Q

— Galatasaray SK (@GalatasaraySK) March 28, 2023

Source link