a2f73082-182a-4bd2-9b05-7e58e84d4d5d..jpg

Qalkin Türkiyədəki konsertini təxirə saldı – VİDEO

Baxış sayı: 1. 175 dəfə baxılıb.

Qalkin Türkiyədəki konsertini təxirə saldı – VİDEO

Rusiyalı yumorist Maksim Qalkin İstanbuldakı konserti üçün aldığı bütün
qonorarı Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dağıdıcı zəlzələdən
zərərçəkənlərə yardım məqsədilə bağışlayacaq.

Sənətçi bu barədə “Instagram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, onminlərlə insanın həyatına son qoyan faciə ilə əlaqədar
fevralın 14-nə planlaşdırılan İstanbul şousunun aprelə təxirə salınması qərara
alınıb.

“Türkiyə xalqına ən səmimi başsağlığımı bildirirəm. Qərara gəldim ki,
İstanbuldakı konsert üçün alacağım qonorarı bütövlükdə zərərçəkənlərə yardım
fonduna köçürüm”, – deyən M.Qalkin yaxın vaxtlarda konsertin keçirilməsini
yersiz adlandırıb.

“Konsert 27 aprelə təyin edilib. Əvvəllər alınmış bütün biletlər etibarlıdır.
İndi bütün dünya səninlədir, Türkiyə!” – yumorist deyib.


Посмотреть эту публикацию в Instagram

Публикация от Максим Галкин (@maxgalkinru)

Source link