Qalmaqallı derbi yenidən keçiriləcək

Qalmaqallı derbi yenidən keçiriləcək

Baxış sayı: 2. 323 dəfə baxılıb.

Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, qalmaqallı derbi mayın 3-də yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək. 

Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.

Qeyd edək ki, Şükrü Saraçoğlu adına stadionda keçirilən “Fənərbaxça” – “Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması və qonaq komandanın baş məşqçisi Şenol Günəşin zədələnməsi səbəbindən təxirə salınıb. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınıb.

S.T.
www.ÇıxışYolu.Com