Qalmaqallı “Girov”: Ermənini evində saxlayan azərbaycanlı gəlin – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Eldar Quliyevin quruluş verdiyi “Girov” filmində hadisələr Ermənistanla sərhəd
kəndlərinin birində, Birinci Qarabağ müharibəsinin ilk qığılcımlarının çıxdığı
illərdə baş verir.
O dövrdə Azərbaycanın ordusu yox idi və sovet hakimiyyəti son dövrlərini
yaşayırdı.
Filmin qısa süjet xətti belədir: kənd sakini Kərimi ermənilər əsir götürür.
Kərimi xilas etmək üçün isə onun həmkəndliləri digər ermənini ayağından vurub
Kərimlə dəyişmək üçün girov saxlayırlar.
İş elə gətirir ki, əhalinin qəzəbindən qorumaq və ermənilərə sağ-salamat
təhvil üçün girovu Kərimin evində saxlamalı olurlar. Kərimin həyat yoldaşı Sona
əvvəl tərəddüd etsə də, sonra buna razı olur.
Film ekranlara çıxdığı ildən birmənalı qarşılanmayıb.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında: