Qambiya millisinin bir neçə futbolçusu təyyarədə huşunu itirdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika
Millətlər Kubokunda iştirak üçün Kot-d’İvuara uçarkən təyyarədə huşlarını
itiriblər.
Onların oksigen çatışmazlığı səbəbindən vəziyyətlərinin pisləşdiyi və bunun da
təyyarənin balaca olmasından qaynaqlandığı bildirilib.
Hadisədən sonra komanda Qambiyaya qayıdıb.
Daha sonra jurnalist Sane Malanq bildirib ki, komanda yeni təyyarə ilə təmin
olunub və o, futbolçuları təyinat yerinə çatdırmaq üçün artıq Kot-d’İvuara uçub.
Qeyd edək ki, Afrika Kuboku yanvarın 13-dən fevralın 11-dək keçiriləcək.
Qambiya yığmasının ilk oyunu yanvarın 15-də Seneqal millisinə qarşı olacaq.
Mənbə: “First Mag”