c7aa6b72-4a0f-4ed8-ae60-2a0f69af238a..jpg

Qambiyanın meri: “Dünyada şəhərlərin inkişafı üçün maliyyə mənbələrinin əlçatanlığı problemlərdən biridir”

Baxış sayı: 515 dəfə baxılıb.

Qambiyanın meri: “Dünyada şəhərlərin inkişafı üçün maliyyə mənbələrinin
əlçatanlığı problemlərdən biridir”

“Dünyada şəhərlərin inkişafı üçün maliyyə mənbələrinin əlçatanlığı
problemlərdən biridir”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Ümumdünya Məskunlaşma Günü ilə bağlı
tədbirdə Qambiyanın meri Rohi Malik Lov deyib.

O bildirib ki, şəhərlərin infrastrukturları üçün maliyyəyə ehtiyac var:

“Bununla yanaşı, şəhərlərin insan kapitalı cəhətdən imkanları məhduddur. Bu
prosesdə bizi dəstəkləyənlərin sayı çox az olur. Özəl tərəfdaşlarla yaxşı
işlənilməlidir. Eləcə də biz tərəfdaşlardan bir daha maliyyə vəsaitlərinin
ayrılmasının yollarını düşünməklərini istəyirəm”.

Qambiya meri deyib ki, bütün şəhərlərin özlərinə xas xüsusiyyətləri,
problemləri var:

“Şəhərlər maliyyə vəsaitini tək başına toplaya bilmirlər. Bu da şəhərlərin
siyasi iradəsinin olmadığını göstərən amillərdən biridir.

Mən həmişə merlərə haqq qazandırıram. Çünki miqrasiya, iqlim dəyişikliyi
proseslərini nəzərə almaq lazımdır. Buna görə də merlərin üzərlərinə böyük
məsuliyyət düşür. Hər kəs istəyir ki, ona göstərilən xidmətlər davam etsin.
Merlər davamlı xidməti təmin etməlidirlər”.

“Bütün dünyada qadın merlərin sayı azdır. Kişilər isə əksinə bir-birinə dəstək
olurlar. Lakin qadın olaraq mer kimi işləmək çox çətindir”, – deyə o qeyd edib.

Könül Cəfərli

Source link