491fca39-2b4c-4cef-8433-91b1027dd6da..jpg

Qandinin qatilinin oğlu Hindistan parlamentinə namizədliyini irəli sürüb

Baxış sayı: 431 dəfə baxılıb.

Qandinin qatilinin oğlu Hindistan parlamentinə namizədliyini irəli sürüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın keçmiş baş naziri İndira Qandinin qatillərindən birinin oğlu
Sarabjit Sinq Xalsa ölkə parlamentinin aşağı palatasına (Lok Sabha)
namizədliyini irəli sürüb.

45 yaşlı Sinq Xalsa parlament seçkisində Pəncabın şimal-qərbindəki Fəridkot
seçki dairəsindən müstəqil namizəd kimi iştirak edəcək.

Dairəni hazırda parlamentdə müxalifətçi Hindistan Milli Konqresi (INC)
partiyasının üzvü Məhəmməd Sadiq təmsil edir.

Qeyd edək ki, Sinq Xalsa keçmiş baş nazir İndira Qandinin mühafizəçilərindən
olan Beant Sinqhin oğludur. Beant 31 oktyabr 1984-cü ildə dövlət başçısına ilk
atəş açaraq ona üç güllə atıb. Həbs zamanı o, güllələnib.

Hindistanda parlament seçkisi aprelin 19-dan yeddi mərhələdə keçiriləcək.
Səsvermənin son günü 1 iyun olacaq.

Mənbə: TASS

Source link