Qanunsuz ağac kəsənin kimliyi araşdırılır

Qanunsuz ağac kəsənin kimliyi araşdırılır

Baxış sayı: 2. 601 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib. 

ETSN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, reyd zamanı Masallı rayon mərkəzi xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrlik bir ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib. 

Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat ziyan dəydiyi məlum olub.

Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.

www.ÇıxışYolu.Com