Qanunsuz dərman gətirən vəzifəli şəxsin işi ekspertizaya göndərildi

Qanunsuz dərman gətirən vəzifəli şəxsin işi ekspertizaya göndərildi

Baxış sayı: 6. 702 dəfə baxılıb.

Qanunsuz dərman gətirən vəzifəli şəxsin işi ekspertizaya göndərildi

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə M. Novruzovun vəkili vəsatət qaldıraraq dərmanların bazar qiymətinə uyğunlaşdırılması ilə bağlı komission ekspertiza keçirilməsini istəyib. 

Məhkəmə verilən vəsatəti təmin edib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

Qeyd edək ki, M. Novruzov dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir. 

Belə ki, o, “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub. Burada M. Novruzov 5 min 39 manat məbləğində dərman pereparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib. 

Bu yolla M. Novruzov qaçaqmalçılıq edib. Onun dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. M. Novruzov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbiri seçilib. 

Etibar Məmmədov

www.ÇıxışYolu.Com