f32f08a9-2b71-4e15-a623-a17d14a53a6e..jpg

Qanunsuz erməni yaraqlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Baxış sayı: 474 dəfə baxılıb.

Qanunsuz erməni yaraqlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin
qarşısı alınıb

Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən
mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa
cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər
nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Source link