Qanunsuz ov edən ərəb cərimələndi

Qanunsuz ov edən ərəb cərimələndi

Baxış sayı: 2. 956 dəfə baxılıb.

Qanunsuz ov edən ərəb cərimələndi

Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş şahin quşunu ovlayan üç şəxsi saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, onlardan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, dörd göyərçin quşu və bir qanadı zədələnmiş şahin quşu götürülüb.

Ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və iki nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.

Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək, ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. 

Digər iki nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.

Qanadı zədələnmiş şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına  təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.

www.ÇıxışYolu.Com