Qanunsuz ova cəhd edən ərəb cərimələndi

Qanunsuz ova cəhd edən ərəb cərimələndi

Baxış sayı: 6. 559 dəfə baxılıb.

13 mart 2018-ci il tarixində, saat 14:30 radələrində Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı, “Niva” markalı avtomobil qanunsuz daxil olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, avtomobil nazirliyin əməkdaşları tərəfindən saxlanılıb. 

Məlumatda qeyd olunub ki, avtomobilə baxış keçirilən zamanı qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.

Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib. 

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

www.ÇıxışYolu.Com