da85d6a1-f199-404b-bbab-3063dbd7a4fc..jpg

Qanunsuz saxlanılan ov silahları müsadirə edildi – FOTO

Baxış sayı: 904 dəfə baxılıb.

Qanunsuz saxlanılan ov silahları müsadirə edildi – FOTO

Samux Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın
aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının
alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam
etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən
məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində rayon 14 nəfər
sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri
aşkar edilərək götürülüb. Həmin silahlar müvafiq ekspertizaya göndərilib,
sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir
görülüb.

Bundan başqa şöbənin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan
kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd
keçirilib. Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin
çirkləndirilməsi halları ilə bağlı 13 fakt aşkarlanıb. Həmin şəxslərlə
izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin
266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə)
maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.

Source link