a108a2c0-54ba-4e9d-a52c-8021ae860cdb..jpg

Qanunsuz yolla ağac kömürü istehsal edən 18 kömür quyusu aşkar edilib – FOTO

Baxış sayı: 615 dəfə baxılıb.

Qanunsuz yolla ağac kömürü istehsal edən 18 kömür quyusu aşkar edilib – FOTO

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən
növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Nic qəsəbəsində, Oğuz
rayonunun Tayıflı, Şəki rayonunun Baş Şabalıd, Qax rayonunun Şotavar, Göygöl
rayonunun Zurnabad kəndlərində yerləşən vətəndaşların pay torpaqlarında və
həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 18 kömür quyusu
aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Report”a bildirib ki, araşdırma zamanı
qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayon sakinləri Semyon və Rudik
Quqaşovlar, Məhəmməd Alcanov, Mənaf Məmmədov, Oğuz rayon sakinləri Elgün
Şükürov, Rafiq Sadıqov, Elmar Abduləzizov, Şəki rayon sakini Əli Hacıyev, Qax
rayon sakinləri Yalçın Babayev, Nəriman Şahmalıyev, Vüqar Musayev, Göygöl rayon
sakinləri Abdulla Allahverdiyev, Kamil Mahmudov, Elnur Verdiyev, Yaşar Qasımov,
Rafiq Hüseynov, Şahin Musayev və Rasim Əliyev olduğu müəyyən edilib: “Faktlarla
bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq
tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub. Qeyd edək ki,
münbit torpaqlarda quyuların qazılaraq kustar üsulla kömür hazırlanması ilk
növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın
münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur”.

Xidmət rəsmisi qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi
hallara yol verməməyə, kömür hazırlanan kəndlərin ağsaqqallarını, icra
nümayəndələrini isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş
etdirməyə və belə hallarla rastlaşdıqda Nazirliyin “168” Çağrı Mərkəzinə
məlumat verməyə çağırıb.

Source link