cc3b6227-9f62-43c9-beb0-0c79cf81b350..jpg

Qanunsuz yolla ölkəyə gətirdiyi civəni 200 min manata satmaq istədi – FOTO/VİDEO

Baxış sayı: 972 dəfə baxılıb.

Qanunsuz yolla ölkəyə gətirdiyi civəni 200 min manata satmaq istədi –
FOTO/VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla respublika ərazisinə
gətirilmiş, insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab
edilən civəni satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə,
araşdırmalar zamanı məlum olub ki, Hacıqabul rayon sakini İbrahim İbrahimovun
sosial şəbəkə vasitəsi ilə tanımadığı əcnəbi vətəndaş ilə cinayət əlaqəsinə
girərək Şirvan rayonu ərazisində gizlədilmiş civəni Şəmkir rayonuna gətirməsi
və orada 200 min manata satmaq istəməsi məlum olub.

Şübhəli şəxs saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib və üzərindən 2
ədəd şüşə qabda ümumi çəkisi 1 kiloqram 700 qram olan civə aşkarlanaraq
götürülüb.

Aşkar edilən maddi sübut müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı
araşdırmalar davam etdirilir.


Source link