7d74d33d-8c07-49d9-88d8-5448c3f235db..jpg

Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı ictimai müzakirə keçirilib

Baxış sayı: 641 dəfə baxılıb.

Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı ictimai müzakirə
keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında
İctimai Şuranın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Qanunvericilikdə
sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə
təsiri imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinin,
aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələrinin və iş
adamlarının iştirakı ilə keçirilən tədbirdə sahibkarlıq sahəsində mövcud
qanunvericiliyə, bu sahədə aparılan islahatların biznes mühitinə təsirinə və
nəzərdə tutulan yeniliklərə dair fikir mübadiləsi aparılıb, tədbir
iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov İctimai Şuranın
ötən ilki fəaliyyəti barədə məlumat verib, şuranın təşkilatçılığı ilə 2023-cü
ildə 500-dən çox sahibkarın iştirakı ilə müxtəlif mövzularda 7 ictimai
müzakirənin, görüş və digər tədbirlərin keçirildiyini bildirib. 2024-cü ildə də
KOBİA yanında İctimai Şura çərçivəsində KOB-ların iştirakı ilə bir sıra tədbir
və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir
Mirkişili Milli Məclisin qəbul edilmiş qanunların və onlara edilən
dəyişikliklərin sahibkarlara təsirini izləmək üçün mütəmadi olaraq iş adamları,
biznes assosiasiyalar ilə görüşlər keçirdiyini, bugünkü ictimai müzakirənin də
sahibkarların fikir və təkliflərini dinləmək üçün əlverişli platforma olduğunu
bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, sahibkarlıq
fəaliyyəti zamanla ayaqlaşdığı üçün müasir çağırışlar və yeni tələblər
qanunvericilikdə də öz əksini tapmalıdır. Bildirilib ki, yeni qanunların qəbulu
və mövcud aktların təkmilləşdirilməsi prosesində sahə üzrə maraqlı tərəflər
müzakirələrdə daha aktiv iştirak etməlidir. Son zamanlar qəbul edilmiş “Dövlət
satınalmaları haqqında”, “Arbitraj haqqında”, “Dövlət-özəl tərəfdaşlığı
haqqında” qanunlar, Rəqabət Məcəlləsi yeni fəaliyyət istiqamətlərini
tənzimləməklə müvafiq sahələrin və sahibkarlığın inkişafına töhfə verəcək.
Həmçinin gömrük, vergi məcəllələrinə, sahibkarlıq fəaliyyətinə birbaşa və
dolayı təsir edən digər normativ sənədlərə edilən dəyişikliklər də bu sahədə
aparılan islahatların davamlılığına və biznes mühitinin inkişafına yönələn
addımlardır. Təkcə 2023-cü ildə KOBİA tərəfindən 240-a yaxın normativ sənəd
layihəsinə rəy və təkliflər bildirilib. Hazırda da sahibkarlıq sahəsi ilə bağlı
yeni normativ hüquqi aktların layihələrinin hazırlanması və mövcud
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Source link