9c2ad035-f13e-49b4-8efe-2bde74acb87d..jpg

Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi – VİDEO

Baxış sayı: 258 dəfə baxılıb.

Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri,
14-cü məhəllə ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən Cixisyolu.com-a məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış
üzrə cəlb olunublar.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək dördmərtəbəli yaşayış
binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər
tərəfindən bağlı qapı arxasında qalmış vətəndaşa müvafiq köməklik göstərilib.


Source link