Rusiyada keçiriləcək dünya çempionatı öncəsi Tunis yığması iki yoldaşlıq oyununda özünü sınayıb. Hər iki qarşılaşma zamanı maraqlı anlar yaşanıb. Tunis yığmasının qapıçısı Mue Assen futbolçuların iftarı açmasını təşkil etmək üçün özünü zədəli kimi göstərib.
ÇıxışYolu.Com xəbər verir ki, idmançı günəşin batmasından sonra hər iki oyunda qazona uzanıb və hakimə zədələndiyini deyib.
Bu yolla heç bir zədəsi olmayan qapıçı oyunu 3-4 dəqiqə yubadıb. Nəticədə futbolçular iftarlarını su və xurma ilə aça biliblər. Tunis yığması heç bir oyunda qalib gələ bilməyib.
Portekiz ve Türkiye ile oynadıkları hazırlık maçlarında Tunus kalecisi Mouez Hassen iftar vaktinde sakatlık numarası yaparak arkadaşlarının orucunu açmasını sağladı. pic.twitter.com/yWjw97tvyd
— Selâmi Haktan (@slmhktn) June 4, 2018
Faktla bağlı yığma rəsmiləri heç bir açıqlama verməyiblər. Assen isə heç bir simulyasiyadan söhbət getmədiyini deyib.
Tunis yığmasının növbəti yoldaşlıq oyunu iyunun 9-da İspaniyaya qarşı olacaq.