b9fabbcb-1368-41c8-8096-717dafdb7bbd..jpg

Qapıçı penaltini dəf etdikdən sonra öldü

Baxış sayı: 980 dəfə baxılıb.

Qapıçı penaltini dəf etdikdən sonra öldü

Belçikada “Vinkel Sport”un 25 yaşlı qapıçısı Arne Espil “Vestrozebek” klubu
ilə oyun zamanı dünyasını dəyişib.

Bu barədə “Het Nieuwsblad” nəşri məlumat yayıb.

Bildirilib ki, A. Espil penaltini dəf edib, lakin bundan dərhal sonra özünü
pis hiss edib və huşunu itirərək ot örtüyünə yıxılıb, bundan sonra matç
dayandırılıb. Qapıçıya meydançada, o cümlədən defibrilatordan istifadə etməklə
ilkin tibbi yardım göstərilib. İdmançı xəstəxanaya aparılarkən yolda dünyasını
dəyişib.

“Bu, bizim üçün faciə və şokdur. Arne bütün həyatı boyu klubda olub və onu çox
sevirdilər. O, əla oğlan idi, həmişə mehriban və yardımsever idi. Bu, həqiqətən
ağır zərbədir. İlk növbədə onun ailəsi üçün, həm də hamımız üçün” – “Winkel
Sport” klubunun idman direktoru Patrik Rotsart bildirib.

Source link