5da112ad-b76e-4641-ad6c-6b2a16ff605d..jpg

Qara Qarayev ittihamlara cavab verib

Baxış sayı: 484 dəfə baxılıb.

Qara Qarayev ittihamlara cavab verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin futbolçusu Qara Qarayev onu milliyə dəvət etməyən yığmamızın sabiq
baş məşqçisi Canni De Byazinin ittihamlarına cavab verib.

Cixisyolu.com xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə özünün “Facebook”
hesabında paylaşım edib.

“Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, öz haqqında tam
məlumatın yekunu idi. Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar
məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi. Təqdim etdiyi videoda mən
yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir
ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu
müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən
uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə
oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz
olan milli formanı ləyaqətlə geyinmişəm!” – Qarayev bildirib.

Qeyd edək ki, Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi Qara
Qarayevi niyə milliyə dəvət etməməsinin səbəbini açıqlayıb. O bildirib ki, Qara
Qarayev Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol
vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane
olmaq istəyib. De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də təqdim edib.


Source link