Yeni mövsümə altı yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib.
ÇıxışYolu.Com xəbər verir ki, Ağdam klubu “Bursaspor”un forvardı Dzon Delarjı heyətinə qatıb.
Konqolu hücumçu ilə üç (2+1) illik müqavilə imzalanıb.
Delarj karyerasına Kamerunun “Union” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Çexiya), “Admira” (Avstriya) və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.
Qeyd edək ki, Konqo yığmasının heyətində 12 oyuna çıxan Dzon Delarj bir qolla yadda qalıb.