“Qarabağ” Albaniyadan heç-heçə ilə qayıdır

Baxış sayı: 2. 898 dəfə baxılıb.

“Qarabağ” Albaniyadan heç-heçə ilə qayıdır

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları baş tutub. 

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, qitənin ən mötəbər klub turnirində “Qarabağ” da meydana çıxıb.

Ağdam klubu Albaniyada “Kukesi”nin qonağı olub. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz səfərdən qolsuz bərabərliklə ayrılıb – 0:0.

Rəqiblərin cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.

www.ÇıxışYolu.Com