2746d64c-d637-4132-97c1-d2f8f7fef5f6..jpg

“Qarabağ” Almaniya çempionatından futbolçu transfer edir? – AÇIQLAMA

Baxış sayı: 968 dəfə baxılıb.

“Qarabağ” Almaniya çempionatından futbolçu transfer edir? – AÇIQLAMA

Almaniyanın “Paderborn” klubunun futbolçusu Florent Musliyanın adı “Qarabağ”la
hallanır.

Məşhur “Transfermarkt” portalı kosovolu orta xətt oyunçusunun Ağdam klubuna
keçə biləcəyini iddia edib. Məlumata görə, transferin reallaşma ehtimalı 53
faizdir.

“Qarabağ” isə məlumatı təkzib edir. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz
Abbaszadə Cixisyolu.com saytına açıqlamasında Musliyanın transfer siyahısında
olmadığını söyləyib.

“Məlumat həqiqəti əks etdirmir. Ola bilsin ki, bizə təklif edilən
futbolçulardan biri olub. Ancaq “Qarabağ”ın transfer etmək istədiyi oyunçuların
arasında onun adı yoxdur”, – deyə G.Abbaszadə bildirib.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından “Paderborn”da çıxış edir. Kosovo
millisinin üzvü bu mövsüm II Bundesliqada 24 oyun keçirib və 4 qol, 3 məhsuldar
ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 1,2 milyon avrodur.

Faiq Tahirov

Source link