“Qarabağ” altı milyon manatdan çox qazandı

Baxış sayı: 2. 462 dəfə baxılıb.

“Qarabağ” altı milyon manatdan çox qazandı

Azərbaycanın “Qarabağ” klubunun 2018-2019-cu il avrokuboklar mövsümündən UEFA-dan qazancı məlum olub. 

ÇıxışYolu.Com xəbər verir ki, qrup mərhələsinin nəticələrinə görə “Qarabağ” 3,19 milyon avro (təxminən 6,2 milyon manat) alacaq. 

Qrup mərhələsinə çıxdığına görə Ağdam klubu 2,62 milyon avro, “Vorskla” üzərindəki qələbəyə görə isə 570 min avro əldə edəcək. 

Əgər “Qarabağ” “pley-off”a çıxsaydı, əlavə olaraq, 1,1 milyon avro qazanacaqdı.

R.D.
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!