“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 50-ci qolu vuraraq
yeni rekorda imza atıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, XX turun “Kəpəz”lə
səfər matçına (2:1) təsadüf edib.
Ağdam klubunun yubiley qolunun müəllifi Toral Bayramov olub. “Qarabağ” ölkə
çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub.
Bu, yarışın yeni rekordudur.
Bölgə təmsilçisi 14 dəfə əlliyə çatan “Neftçi”ni arxada qoyub. Ümumilikdə isə
çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub.
İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: “Qarabağ” – 15, “Neftçi” – 14,
“Kəpəz” – 7, “Şamaxı” – 4, “Bakı”, “Turan”, “Şəmkir” – 3, “Karvan”, “Xəzər”
(Sumqayıt), “Xəzər Lənkəran” – 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” (Bakı),
“Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” – 1.