a9409f9c-3a4d-410d-a72d-eec1aa128db3..jpg

“Qarabağ” “Bayer”ə qarşı: İlk hissə başa çatdı – YENİLƏNİR + CANLI YAYIM

Baxış sayı: 438 dəfə baxılıb.

“Qarabağ” “Bayer”ə qarşı: İlk hissə başa çatdı – YENİLƏNİR + CANLI YAYIM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa
Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

14.03.2024, 23:59

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Bayer
04” – “Qarabağ” oyunu başlayıb.

Qarşılaşma Leverkuzen şəhərindəki “BayArena” stadionunda keçirilir.

Xatırladaq ki, ilk matçda heç-heçə qeydə alınmışdı – 2:2.

09:32

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə
gələcək “Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Cixisyolu.com-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə
çıxacaqlar.

“Bayer 04”: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert
Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi
Frimponq, Qranit Caka

“Qarabağ”: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao,
Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro
Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, Leverkuzen şəhərindəki “BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə
saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb – 2:2.

09:32

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa
çıxacaq.

Cixisyolu.com-ın məlumatına görə, Azərbaycan çempionu Almaniyada “Bayer 04” komandası
ilə üz-üzə gələcək.

“BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü
ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunu

15 mart

00:00. “Bayer 04” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Entoni Teylor.

Leverkuzen, “BayArena”.

İlk oyun – 2:2.


Source link