d9cf5878-c839-488d-b4b9-198f4bce09f4..jpg

Qarabağ bir gün belə, Azərbaycanın tərkibindən ayrı olmayıb: “Caliber”in təhlili – VİDEO

Baxış sayı: 783 dəfə baxılıb.

Qarabağ bir gün belə, Azərbaycanın tərkibindən ayrı olmayıb: “Caliber”in
təhlili – VİDEO

Ötən ilin oktyabrında Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və
Fransa liderləri dördtərəfli bəyanat imzaladılar və bununla Bakı ilə İrəvan BMT
Nizamnaməsi və ən əsası, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sülh
müqaviləsini imzalamaq barədə üzərlərinə öhdəlik götürdülər. Elə həmin Alma-Ata
Bəyannaməsinə daha sonra Soçidə bir də müraciət olunaraq üçtərəfli bəyanat
imzalandı. Bu iki hadisədən sonra ermənilər keçmiş DQMV-nin birtərəfli qaydada
müstəqillik elan etməsi, həm də həmin ilin dekabrın 10-da keçirilən qondarma
referendumun qanuniliyi ilə bağlı müzakirələri yenidən qızışdırdılar.

Erməni rəvayətinin mahiyyətini iki cümlə ilə ifadə etsək, təqribən belə
səslənəcək: guya “Dağlıq Qarabağ” “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə
əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ
Qanununun müddəalarına uyğun olaraq Azərbaycandan çıxdı və Alm-Ata müqaviləsi
imzalananda o, guya Azərbaycanın tərkibində deyildi, bu səbəbdən “Dağlıq
Qarabağ” bir gün belə, müstəqil Azərbaycanın tərkibində olmayıb…

Dərhal ritorik sual yaranır: əgər “Dağlıq Qarabağ” Ermənistan tərəfinin iddia
etdiyi kimi, qanuna uyğun olaraq Azərbaycan SSR-dən çıxıbsa, onda onun
nümayəndə heyəti niyə Alma-Atada olmayıb və orada ümumiyyətlə heç bir formada
təmsil olunmayıb?..

Ətraflı “Caliber” “YouTube” layihəsinin növbəti süjetində:


Source link