44c717b6-962b-4be3-9584-6c7e65ebff40..jpg

Qarabağ bölgəsində əldəqayırma partladıcıların hazırlandığı emalatxana aşkar edilib – FOTO/VİDEO

Baxış sayı: 453 dəfə baxılıb.

Qarabağ bölgəsində əldəqayırma partladıcıların hazırlandığı emalatxana aşkar
edilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma
partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, emalatxananın içərisində xeyli
sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların
hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal
parçalar, eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar
üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ
iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı
Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı
dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif
partladıcılardan istifadə ediblər.


Source link