a100c2d6-e876-4512-b7bf-c2b484993a98..jpg

Qarabağ bölgəsində xeyli sayda mina və əldəqayırma partlayıcı qurğular aşkar edilib – FOTO

Baxış sayı: 457 dəfə baxılıb.

Qarabağ bölgəsində xeyli sayda mina və əldəqayırma partlayıcı qurğular aşkar
edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda
müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı
qurğularla dolu anbarlar Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar
edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə
Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə
artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib.

Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən öncə Ermənistandan
Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımaların həyata keçirilməsi
barədə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumatlar verilib.

Source link